azturkxeber.az
http://azturkxeber.az

ABŞ Kubaya görə fövqəladə vəziyyət elan edib

30-01-2026

ABŞ prezidenti Donald Tramp Ağ Evin saytında dərc olunan sənədə əsasən, Birləşmiş Ştatlarda fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb.

Azturkxeber.az xəbər verir ki, bu qərar Kubadan qaynaqlanan milli təhlükəsizlik təhdidi ilə əlaqədar qəbul edilib.

“Mən, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, Kubadakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdid təşkil etdiyini tanıyıram”, — deyə fərmanda bildirilir.

Həmin sənəddə, həmçinin, ABŞ-ın Kubaya neft tədarük edən dövlətlərdən idxal olunan mallara gömrük rüsumları tətbiq edə biləcəyi qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031