azturkxeber.az
http://azturkxeber.az

PKK TƏŞKİLAT RƏHBƏRİNDƏN TÜRKİYƏYƏ HÜCUM TƏHDİDİ BU ETDİKLƏRİNİZƏ PEŞMAN OLACAQSINIZ

29-01-2026

PKK təşkilat rəhbəri Mustafa Karasu, Suriya ordusunun Fərat çayının qərbində apardığı əməliyyatlara görə Türkiyəni məsul tutaraq açıq təhdidlər səsləndirib. Karasu bildirib: “Türkiyə bu etdiklərinə peşman olacaq.”

Əməliyyatlardan sonra təşkilat ABŞ dəstəyini itirib və Fəratın şərqi də daxil olmaqla bəzi bölgələrdən geri çəkilməyə məcbur olub.

Suriya ordusunun Fərat çayının qərbində nəzarəti təmin etməyə yönəlmiş addımlarından sonra PKK/YPG/SDG strukturu sahədə ciddi ərazi itkiləri verib. Bunun ardınca təşkilat rəhbərliyindən Türkiyəni hədəf alan açıqlamalar gəlib.

ABŞ DƏSTƏYİNİ DƏ İTİRDİLƏR

Suriya ordusu, 10 Mart Mutabikatına əməl etməyən və Suriyaya inteqrasiya olunmayan PKK/YPG/SDG qüvvələrinin işğal etdiyi Deyr Hafir və Meskene başda olmaqla Fəratın qərbini hərbi zona elan etmişdi.

13 yanvar tarixində edilən xəbərdarlıqlardan sonra bölgəyə hərbi əməliyyatlar başlanıb. Əməliyyatlar nəticəsində təşkilat ABŞ dəstəyini də itirib, Fəratın şərqi də daxil olmaqla nəzarət etdiyi geniş ərazilərdən geri çəkilib və atəşkəs masasına oturub.

TƏŞKİLAT RƏHBƏRİNDƏN TÜRKİYƏYƏ YÖNƏLİK TƏHDİD

Yaşanan proseslərdən sonra PKK təşkilat rəhbəri Mustafa Karasu təşkilatın media orqanına açıqlamalar verib. Karasu Suriya ordusunun həyata keçirdiyi əməliyyatlara görə Türkiyəni ittiham edib və açıq təhdid dolu ifadələr işlədib.

BU ETDİKLƏRİNİZƏ PEŞMAN OLACAQSINIZ

Karasu, “Böyük şəhərlərdə 6–7 milyon kürd var. Belə bir ictimai reallıq mövcuddur” sözləri ilə böyük şəhərləri hədəf alan mesajlar verərək bildirib:

“Gələcəkdə Türkiyə bu etdiklərinə peşman olacaq. Türk dövləti bu müharibənin içindədir. Onun planlaşdırılmasında da, idarə olunmasında da rol var. Bu siyasət gələcəkdə Türkiyəyə çox baha başa gələcək.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031