azturkxeber.az
http://azturkxeber.az

Peşə təlimi iştirakçıları üçün təhlükəsiz əmək şəraiti mövzusunda təlim keçirilib

29-01-2026

“İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, ilk yardım və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində aşpazlıq kursu keçən 21 nəfər müdavimin iştirakı ilə baş tutub.

Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil edilən təlimdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031