azturkxeber.az
http://azturkxeber.az

Parlament nümayəndə heyəti Azərbaycanın Oman Sultanlığındakı səfirliyində olub

29-01-2026

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub.

Azturkxeber.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Daha sonra Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Spiker Sahibə Qafarova səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031