azturkxeber.az
http://azturkxeber.az

Nikol Paşinyan: “Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır

29-01-2026

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, “qarabağ hərəkatı” adlandırılan mövzu bağlanmalıdır.

Azturkxeber.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ birdəfəlik qapadılmalıdır, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəliblər. Paşinyan bildirib ki, bu mövzu onun üçün artıq qapanmış hesab olunur.

“ Mən vətəndaşlara açıq şəkildə dedim ki, qarabağ hərəkatı mövzusu bağlanmalıdır və Ermənistanın baş naziri olaraq mən bu xəttə sadiq qalacağam. Əgər vətəndaşlar bu siyasətlə razı deyillərsə, onları inqilab etməyə çağırıram”, – deyə Paşinyan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031