MİT İstanbulda əməliyyat keçirdi: 6 İran casusu saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbulda keçirdiyi xüsusi əməliyyat nəticəsində İran adına casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb.
Azturkxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbulda keçirilib.
Məlumata görə, saxlanılan şəxslərin xarici kəşfiyyat strukturları ilə əlaqədə olduqları və Türkiyə ərazisində gizli fəaliyyətlə məşğul olduqları müəyyən edilib. Əməliyyat MİT-in uzunmüddətli izləmə və kəşfiyyat işi nəticəsində həyata keçirilib.
Şübhəlilər barəsində istintaq tədbirləri davam etdirilir. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatın istintaqın gedişində açıqlanacağını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: