Kərəcdəki etirazlarda 19 yaşlı gənc Meysəm Əsədi öldürülüb

2026-cı il 9 yanvar (19 Dey) tarixində Kərəc şəhərində keçirilən etirazlar zamanı Hisarak-e Pəin məhəlləsində anadan olmuş, əsilən Miyənəli 19 yaşlı azərbaycanlı gənc Meysəm Əsədi təhlükəsizlik qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib. Məlumata görə, güllə boğaz nahiyəsinə dəyib və ağır xəsarət ölümə səbəb olub.
Alınan məlumatlara görə, Meysəm Əsədinin ailəsi övladlarının cəsədini təhvil almaq üçün ciddi təzyiqlərlə üzləşib. Mənbələr bildirir ki, ailədən ölüm səbəbini “xalq tərəfindən açılan atəş” kimi göstərmək tələb olunub. Bunun müqabilində dəfn yerinin müəyyən edilməsi, aylıq maddi yardım və Meysəmin “şəhid” kimi təqdim olunması təklif edilib. Ailə isə bu təklifləri qəbul etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: