İran Xarici İşlər Naziri Əraqçi Türkiyəyə səfər edəcək

Anadolu Agentliyi İran Xarici İşlər Naziri Abbas Əraqçinin 30 yanvarda Türkiyəyə səfər edəcəyini açıqlayıb. Nazir həmkarı Hakan Fidan ilə görüşərək regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Azturkxeber.az xəbər verir ki, görüşdə xüsusi diqqət İranın təhlükəsizliyi və daxili sabitliyinə veriləcək. Türkiyə, İranın milli təhlükəsizliyini qorumaq və sərhədlərdə destabilizasiyaedici fəaliyyətlərin qarşısını almaq üçün PKK və İran kürdlərinin Hərbi-Siyasi Təşkilatı PJAK-ın neytrallaşdırılmasını vacib hesab edir.
Qeyd edək ki, PJAK (Kürdüstan Azad Həyat Partiyası) 2004-cü ildən bəri İranın şimal-qərb bölgələrində, kürd əhalisinin sıx yaşadığı ərazilərdə rejimə qarşı gerilla müharibəsi aparır. Təşkilatın əsas bazaları isə qonşu İraq Kürdüstanı ərazisində yerləşir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: