Aİ İrana qarşı yeni sanksiyaları təsdiqlədi, KSEK-in terror təşkilatı kimi tanınmasını müzakirə edir

Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları təsdiqləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun (KSEK) terror təşkilatları siyahısına salınmasını siyasi olaraq dəstəkləməyə hazırdır.
Azturkxeber.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri etirazların sərt şəkildə yatırılmasında və Rusiyaya dəstəkdə iştirak edən şəxslər və strukturlara qarşı sanksiyaların tətbiqini təsdiqləyiblər.
Eyni zamanda, nazirlər KSEK-in Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsi təşəbbüsünə siyasi dəstək göstərilməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: