Yeni Zelandiyada helikopter qəzası baş verib, iki nəfər ölüb
Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik helikopter qəzaya uğrayıb, nəticədə pilot və göyərtədə olan yeganə sərnişin həlak olub.
Azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, qəza Vellinqtondan təxminən 40 kilometr şimalda yerləşən, seyrək məskunlaşmış Pekakariki təpəsi ərazisində baş verib.
Məlumata görə, polis hadisə barədə helikopterin avtomatik qəza xəbərdarlıq sistemi işə düşdükdən sonra məlumat alıb. Yeddi saat davam edən axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları, həmçinin pilot və sərnişinin cəsədləri aşkar edilib.
Hadisə ilə bağlı Mülki Aviasiya İdarəsinin müstəntiqlərinin iştirakı ilə araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: