azturkxeber.az
http://azturkxeber.az

Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüş keçirib

28-01-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüş keçirib.

Dövlət Agentliyindən Azturkxeber.az-a bildirilib ki, aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşların dövlət satınalmalarının təşkili və satınalma müsabiqələrində iştirakla bağlı müraciətləri, o cümlədən müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə agentliyin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Görüş qrafiki ilə tanış olmaq və görüşə yazılmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031