azturkxeber.az
http://azturkxeber.az

Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub

28-01-2026

Bakı şəhərində kişi və qadın boksçular arasında Azərbaycan çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Boks Mərkəzində reallaşan yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparıb.

Yanvarın 22-dən 28-dək davam edən ölkə çempionatında Naxçıvan Muxtar Respublikası baş məşqçi Elnur Kərimli, məşqçi Aftandil Musayev, idmançılar Elbrus Kərimli, Ucal Musayev və Elvin Quliyevlə təmsil olunub.

Komandanın idmançılarından Ucal Musayevin çıxışı uğurlu alınıb. Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu 3 rəqibini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərovla keçirdiyi həlledici görüşdə məğlubiyyət yaşayan U.Musayev gümüş medala layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031