azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan investisiya imkanları Alanyada tanıdılıb

28-01-2026

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin rəhbərlik etdiyi heyət ölkəmizin investisiya imkanlarının daha geniş kütləyə çatdırılması məqsədilə Aralıq dənizi bölgəsinə səfər edib.

Səfər çərçivəsində Türkiyənin Antalya vilayətinin Alanya rayonu Ticarət və Sənaye Palatasında görüşlər keçirilib, Tamerlan Tağıyev ilə Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Eray Erdem arasında ikitərəfli görüş baş tutub.

Görüşdə Azərbaycanla əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Ticarət Nümayəndəliyi və Alanya Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə palata üzvlərinin və Alanyadan olan iş adamlarının iştirakı ilə “Azərbaycana İnvestisiya: Təşviqlər və Dəstək Mexanizmləri” mövzusunda tanıtım toplantısı təşkil edilib. Tədbirdə çıxış edən Tamerlan Tağıyev və Eray Erdem əməkdaşlıq sahələri və bundan əldə ediləcək müsbət nəticələrdən bəhs ediblər. Çıxışların ardından Azərbaycandakı investisiya mühiti ilə bağlı əhatəli məlumatları özündə əks etdirən təqdimatlar edilib.

Sonda iş adamlarının mövzu ilə bağlı sualları cavablandırılıb, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031