azturkxeber.az
http://azturkxeber.az

Ağdaşda səkkiz yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda əsaslı təmir işləri aparılır

28-01-2026

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Layihə çərçivəsində sözügedən avtomobil yolunun texniki vəziyyətinin yaxşılaşdırılması, yol örtüyünün yenilənməsi, hərəkətin təhlükəsiz və rahat şəkildə təşkili nəzərdə tutulur.

Hazırda əsaslı təmir işləri yolun Güvəkənd kəndi ərazisində aparılır. Görülən işlər çərçivəsində yol yatağının bərpası, asfalt örtüyünün salınmasına hazırlıq və digər zəruri infrastruktur tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu səkkiz yaşayış məntəqəsini birləşdirir və yerli əhali üçün mühüm nəqliyyat əhəmiyyətinə malikdir.

Yolun əsaslı təmiri bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşmasına, kəndlərarası gediş-gəlişin asanlaşmasına, əhalinin sosial-iqtisadi şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Təmir işlərinin mərhələli şəkildə davam etdirilməsi və yaxın müddətdə digər yaşayış məntəqələrini də əhatə etməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031