azturkxeber.az
http://azturkxeber.az

Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində musiqili səyahət

27-01-2026

Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində musiqili səyahət

Yanvarın 29-da Dövlət Uşaq Filarmoniyasında “Andersen nağıllarının sehrində musiqili səyahət” adlı konsert proqramı təqdim ediləcək.

Filarmoniyadan bildirilib ki, tədbir çərçivəsində dünya ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersenin nağıllarına həsr olunmuş musiqi nümunələri təqdim olunacaq. Nağıl mövzuları piano ifaları vasitəsilə musiqi dilində dinləyicilərə çatdırılacaq.

Konsertin əsas məqsədi uşaqlarda və gənclərdə klassik musiqiyə marağın artırılması, eyni zamanda, dünya ədəbiyyatı nümunələrinin musiqi vasitəsilə tanıdılmasıdır.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031