Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb - STATİSTİKA
2025-ci ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 8,7 faiz və ya 5,44 milyard manat artaraq 67,64 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 62,2 milyard manat olub.
Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin davamlı artım tendensiyası nümayiş etdirdiyini göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində baş verən yüksəliş, eləcə də orta aylıq əməkhaqqı və pensiya məbləğlərinin artması xüsusi yer tutur.
Son beş ilin müqayisəli təhlili göstərir ki, 2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 23,42 milyard manat və ya 53 faiz artıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: