azturkxeber.az
http://azturkxeber.az

“Qarabağ” liqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

27-01-2026

“Qarabağ” liqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

“Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, “Turan Tovuz” klubunun da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Bu barədə PFL-dən məlumat verilib.

Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunlarının fevralın 1-ə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə qərar verib.

Görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031