azturkxeber.az
http://azturkxeber.az

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub

27-01-2026

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub

Parisdə mavritaniyalı miqrant işçinin polis nəzarətində ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

35 yaşlı El Hacen Diarranın yanvarın 14-də zorakılıqla həbs edilməsi müşahidə kamerasına düşüb və sosial mediada paylaşılıb. Fransa paytaxtında polis zorakılığına qarşı çıxan müxtəlif qrupların çağırışlarına cavab olaraq meydana təxminən 1000 nəfər toplaşıb. Nümayişçilər zorakılıqla saxlanıldıqdan sonra ölən Diarra üçün ədalət tələb ediblər. Polis nəzarəti altında dinc şəraitdə keçirilən etiraz aksiyasında Diarranın ailəsi də iştirak edib.

Nümayişçilər üzərində “El Hacen Diarra üçün ədalət” və “Ədalət yoxdursa, sülh yoxdur” yazılı plakatlar daşıyıblar.

Diarra saxlanıldığı zaman müqavimət göstərdiyinə və marixuanaya bənzər maddə saxladığına, habelə üzərində saxta inzibati sənədlər gəzdirdiyinə görə Parisin 20-ci rayonunda həbs edilib. Ailəsi iddia edir ki, o, yaşadığı miqrant işçilər yataqxanasının qarşısında polis zorakılığına məruz qalıb. Yerli sakinlər tərəfindən çəkilən görüntülərdə iki zabitin yerə yıxılan bir nəfəri yumruqla vurduğu görünür. Ailənin tələb etdiyi görüntülərə baxış zamanı Diarranın “məni boğursan” dediyi eşidilib.

Paris prokurorları qeyd ediblər ki, zabitlərin üzərində olan kameralar batareyalarının tükənməsi səbəbindən həmin vaxt işləmirdi. Bu faktla bağlı “Dövlət hakimiyyətini təmsil edən şəxs tərəfindən qəsdən zorakılıq yolu ilə ölümə səbəb olmaq” ittihamı ilə istintaq başlanıb.

Fransanın daxili işlər naziri Loran Nunye zabitlərin müvəqqəti olaraq işdən uzaqlaşdırılmasına qarşı çıxıb, Diarranın ailəsi isə onların həbs olunmasını tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031