azturkxeber.az
http://azturkxeber.az

Narkotik vasitənin təsiri altında çoxsaylı qayda pozuntularına yol verən sürücü saxlanılıb

27-01-2026

Narkotik vasitənin təsiri altında çoxsaylı qayda pozuntularına yol verən sürücü saxlanılıb VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Bakı–Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan “Shacman” markalı yük avtomobilinə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Bu barədə BDYPİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücü məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyən edilib. Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi, eyni zamanda, sürücülük hüququ olmadan, həmçinin kütlə parametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yol verdiyi məlum olub.

Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaq cəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınaraq həmin cəhdlərin qarşısı vaxtında alınıb. G .Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

“BDYPİ bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür”,- deyə məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031