Əmək qanunvericiliyi mövzusunda maarifləndirmə tədbiri keçirilib




Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirici tədbir təşkil olunub.
Çıxış edənlər Xidmətin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları barədə iştirakçılara ətraflı məlumat verib. İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin təmin edilməsi və təhlükəsizlik normalarına riayət olunması ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndəsi çıxış edərək müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları barədə ətraflı məlumat təqdim edib.
Əmək qanunvericiliyinin tələbləri, işəgötürən və işçilərin hüquq və vəzifələri, həmçinin əmək münasibətlərinin düzgün tənzimlənməsinə dair məlumatlılığın artırılması məqəsdi daşıyan tədbirdə 45 dövlət və qeyri-dövlət sektorunun 50 nümayəndəsi iştirak edib, mövzu ilə suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: