azturkxeber.az
http://azturkxeber.az

İndoneziyada torpaq sürüşməsi 38 nəfərin həyatına son qoyub

27-01-2026

İndoneziyada torpaq sürüşməsi 38 nəfərin həyatına son qoyub

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunda torpaq sürüşməsi nəticəsində azı 38 nəfər həlak olub.

Milli fəlakətlərin idarə edilməsi agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları əlavə ağır texnika cəlb olunması ilə yenidən başlayıb. Əməliyyatlarda təxminən 800 nəfər və doqquz ekskavator iştirak edir.

Agentlik bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan 685 sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib. Torpaq sürüşməsinə dağlıq Çisarua rayonunda ardıcıl iki gün yağan güclü yağışlar səbəb olub.

İndoneziyada yağışlı mövsümdə (oktyabr-mart ayları) tez-tez daşqın və torpaq sürüşmələri baş verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031