İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səbinə Mansur qızı Rzayevanın Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kiloqram qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kiloqram halva məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkar ediblər.
Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul olunub.
Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



