azturkxeber.az
http://azturkxeber.az

Gənc cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub

27-01-2026

Gənc cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub

Gənc oğlanlardan ibarət yığma komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutub.

Tədbir çərçivəsində qaydalardakı yeniliklər idmançılara praktik nümunələr üzərindən təqdim olunub, müxtəlif epizodlar əsasında hakim qərarlarının formalaşma meyarları geniş şəkildə müzakirə edilib. Seminarın məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün və dəqiq mənimsənilməsini təmin etmək, yarış zamanı yarana biləcək anlaşılmazlıqların qarşısını almaq və taktiki yanaşmanın daha effektiv qurulmasına töhfə vermək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031