Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakı şəhərində xarici ölkənin səfirliyinə qarşı terror hücumu hazırlığında olan şəxsləri saxlayıb

Əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – 2000-ci il təvəllüdlü Quliyev İlqar İlham oğlu (“Abu Zər əl-Mühacir”), 2005-ci il təvəllüdlü Piriyev Amin Elşad oğlu (“Abdurəşid”) və 2005-ci il təvəllüdlü Əlizadə Elvin Sənan oğlu (“Abdurrahman əl-Azəri”) dini düşmənçilik zəminində səfirliyə terror hücumu hazırladıqları şübhəsi ilə saxlanılıb.
Azturkxeber.az xəbər verir ki, araşdırmalar göstərib ki, şəxslər İŞİD-in “Vilayəti-Xorasan” silahlı qruplaşması ilə əlaqəyə girərək, terror hücumu üçün silah və digər vasitələr əldə ediblər. DTX əməkdaşları onları səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən saxlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: