Beyləqanda heyvan bazarının fəaliyyətinə icazə verilib
Beyləqan rayonunun İkinci Aşıqlı kəndindəki heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb.
Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib.
Eyni zamanda, bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil olunub.
Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub.
Qeyd edək ki, bundan əvvəl Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Daha ətraflı məlumatı videosüjetdən əldə etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



