azturkxeber.az
http://azturkxeber.az

Bakı Metropoliteninin nümayəndə heyəti Çində rəsmi səfərdə olub

27-01-2026

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib.

Azturkxeber.az xəbər verir ki, metropolitenin modernləşdirilməsi, strateji inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra mühüm görüşlər keçirib.

Səfər zamanı dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından biri olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə görüş baş tutub.

Görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər, eləcə də şirkətin uğurla icra etdiyi layihələr ətrafında ətraflı müzakirələr aparılıb.

Eyni zamanda, Çin Xalq Respublikasının Exim Bank rəhbərliyi ilə görüş zamanı layihələrin maliyyələşdirilməsi, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Bakı Metropoliteni beynəlxalq qabaqcıl təcrübənin tətbiqi yolu ilə daha təhlükəsiz, müasir və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031