Azərbaycan və Türkiyə arasında yeni razılaşma: Dəmir yolu sahəsində əməkdaşlıq inkişaf etdiriləcək


AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.
ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.
Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: