azturkxeber.az
http://azturkxeber.az

ARDNF-nin investisiya portfelində ABŞ dollarının dominantlığı artır

27-01-2026

ARDNF-nin investisiya portfelində ABŞ dollarının dominantlığı artır

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 22,5 faiz artaraq 73 milyard 539,7 milyon dollar təşkil edib.

Fondun portfelinin xarici valyutalar üzrə bölgüsündə investisiyaların 70,4 faizi (51 milyard 772,4 milyon) ABŞ dollarındadır. Bu da əvvəlki ilə nisbətən 3,9 faiz çoxdur.

Hesabata əsasən, investisiya portfelində avronun payı 3,6 faiz azalaraq 17,5 faizə (10 milyard 926,5 milyon) qədər azalıb.

Portfeldə ingilis funt sterlinqinin payı dəyişməyərək 4,9 faiz (2 milyard 659,3 milyon), Çin yuanının payı 1,3 faiz azalaraq 2,2 faiz (11 milyard 447,5 milyon), yapon yeninin payı 0,1 faiz azalaraq 1,3 faiz (150 milyon 938,9 min), digər xarici valyutaların payı isə 1,1 faiz artaraq 3,7 faiz (2 milyard 703 milyon dollar) təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031