azturkxeber.az
http://azturkxeber.az

Malayziyada vəfat edən ANAMA-nın əməkdaşının nəşinin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür

26-01-2026

Malayziyada vəfat edən ANAMA-nın əməkdaşının nəşinin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar bu il yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.

ANAMA-dan verilən məlumata görə, o, yanvarın 18-də Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 25-də vəfat edib.

“Məsələ ilə bağlı bir neçə gün əvvəl Malayziyaya ezam olunan ANAMA-nın əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Azərbaycan səfirliyinin dəstəyi və həmin təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə, müvafiq tədbirlər həyata keçirirlər”, - deyə məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031