Güclü qar fırtınası İspaniyanın yol infrastrukturuna ciddi ziyan vurub
İspaniyada müşahidə olunan güclü qar fırtınası ölkə üzrə yol infrastrukturuna ciddi ziyan vurub. Hazırda 82 avtomobil yolu zədələnib, onlardan 15-i isə nəqliyyatın hərəkəti üçün tam bağlanıb.
Bu barədə ölkənin Yol Hərəkəti Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, daha 45 yolda hərəkət yalnız zəncir və ya qış təkərlərindən istifadə etməklə mümkündür. Həmin yollarda sürət məhdudiyyəti tətbiq olunur, avtobusların və ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkətinə isə qadağa qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: