azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfərə gəlib

25-01-2026

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA-nın) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031