azturkxeber.az
http://azturkxeber.az

Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

24-01-2026

Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y. Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031