Lənkəranda təmir zamanı avtobusun altında qalan şəxs xilas edilib
Lənkəran rayonunda təmir zamanı avtobusun altında qalan 56 yaşlı şəxs xilas edilib.
Hadisə rayonunun Velədi kəndi ərazisində baş verib. Sürücü 1970-ci il təvəllüdlü Taleh Abdin oğlu Məhərrəmov avtobusu təmir edərkən həmin nəqliyyat vasitəsi onun üzərinə düşüb və o, köməksiz vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə hissəsinin xilasedicilərinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Görülən operativ tədbirlərlə avtobusun altında qalan T. Məhərrəmov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


