azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda məktəblərdə kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul imtahanı keçirilib

23-01-2026

Yanvarn 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, test imtahında 74 namizəd iştirak edib.

İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 32, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 34 vəzifə çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031