azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

23-01-2026

Azərbaycan sahibkarları “Nar Naxışı” festivalında iştiraka dəvət olunurlar.

Azturkxeber.az-verilən məlumata görə, Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda “Nar Naxışı” festivalı keçiriləcək. Tədbir 25 yanvar 2026-cı il tarixində “Hyatt Regency Baku” hotelində “ShoppingAZ” platformasının təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031