azturkxeber.az
http://azturkxeber.az

Avropada böyük narkotik şəbəkəsi çökdürülüb

21-01-2026

Avropada böyük narkotik şəbəkəsi çökdürülüb

Avropa İttifaqının polis təşkilatı - “Europol” sintetik narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beş üzv ölkənin polis qurumları ilə birlikdə genişmiqyaslı əməliyyat keçirib.

“Europol”un tarixində indiyədək həyata keçirilmiş ən genişmiqyaslı əməliyyat nəticəsində narkotik ticarəti ilə məşğul olan böyük şəbəkələrindən biri zərərsizləşdirilib. Əməliyyat tədbirləri zamanı 24 narkotik laboratoriyası ləğv edilib və 85 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bundan əlavə, amfetamin və metamfetamin kimi narkotiklərin istehsalında istifadə olunan min ton kimyəvi maddə müsadirə edilib.

Saxlanılanlar arasında şəbəkənin rəhbər şəxsləri olduğu ehtimal edilən iki nəfər də var.

Əməliyyat Almaniya, Belçika, Polşa, İspaniya və Çexiyanın polis orqanlarının iştirakı ilə həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031