azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir

20-01-2026

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir

Aral dənizinin xilas edilməsi bütün bəşəriyyət üçün aktual məsələ olaraq qalır.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın iclasında çıxış edərkən bildirib.

Dövlət başçısı Aral dənizi probleminin tək bir ölkənin hüdudlarından kənara çıxdığını, sistemli yanaşma və əməkdaşlıq tələb etdiyini vurğulayıb. O, bu məsələni dəfələrlə beynəlxalq forumlarda qaldırdığını qeyd edib.

“Aral dənizi məsələsini həll etməmək mümkün deyil. Aral dənizinin xilas edilməsi bütün bəşəriyyət üçün aktual məsələ olaraq qalır. Mən bu məsələni dəfələrlə beynəlxalq forumlarda qaldırmışam”, - deyə Prezident qeyd edib.

Kasım-Jomart Tokayev uzun illər aparılan məqsədyönlü iş sayəsində Şimali Aral dənizinin qorunub saxlanıldığını xatırladıb. O, dənizin bərpası layihəsinin başlanmasından beş il keçdiyini qeyd edib. “Kiçik Aral dənizinin suyunun səviyyəsini qaldırmaq üçün real imkan yaranacaq”, - deyə dövlət başçısı bildirib. Prezident Aral dənizi regionunun ekosisteminin bərpası üçün sistemli işlərin davam etdirilməsinin vacibliyini, eləcə də bu ekoloji problemin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakının zəruriliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031