azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20-01-2026

Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031