azturkxeber.az
http://azturkxeber.az

Kəlbəcərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

20-01-2026

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Kəlbəcərdə də yad edilib.

Saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən siqnal səsi verilib.

Həmçinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Kəlbəcər rayonunun Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Çıxış edənlər 1990-cı il Yanvarın 20-də törədilmiş faciədən, sovet qoşunlarının Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar.

Tədbirdə məktəblilər 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031