azturkxeber.az
http://azturkxeber.az

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

19-01-2026

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

QSC-dən Azturkxeber.az-a bildirilib ki, anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.

Qeyri-iş günü olsa da, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Stansiyalarda musiqilər günün ruhuna uyğun səsləndiriləcək və qatarlarda stansiya elanları radiorabitə vasitəsilə təqdim olunacaq.

Hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyası Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanacaq, stansiyanın vestibülləri və platformasında qərənfillərdən ibarət kompozisiya qurulacaq. Metropolitenin rəhbərliyi Vətənimizin azadlığı və müstəqilliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizi ənənəvi olaraq “20 Yanvar” stansiyasında yad edəcək.

Saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Daha sonra “Bakı Metropoliteni”nin nümayəndələri Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin, o cümlədən hadisə zamanı şəhidlik zirvəsinə ucalmış metropolitençilər - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarını ziyarət edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031