Qulu Məhərrəmli “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qonağı olub



Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qonağı olub.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı o, Azərbaycan dilinin efirdə istifadə xüsusiyyətlərindən, yol verilən səhvlərdən, diqqət olunmalı vacib məqamlardan bəhs edib, orfoepiya və orfoqrafiya qaydalarının qorunmasının əhəmiyyətini vurğulayıb.
QSC-nin sədri Rövşən Məmmədov televiziyalarda Azərbaycan dilinin normalarının qorunmasının əhəmiyyətini vurğulayıb və AzTV-nin bu mövzuya həssas yanaşdığını bildirib. Görüşdə aktual mövzular ətrafında maraqlı və faydalı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: