azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

19-01-2026

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Azturkxeber.az-a verilən məlumata görə, Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.

Sənədin imzalanmasında əsas məqsəd hərbi qulluqçular arasında əxlaqi-mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sağlam dünyagörüşünün formalaşdırılması və dövlət-din münasibətləri sahəsində koordinasiyanın artırılmasıdır.

Birgə tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda maarifləndirici görüşlərin, seminarların, təlimlərin və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031