azturkxeber.az
http://azturkxeber.az

Culfa gömrüyündə xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib

19-01-2026

Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

İdarədən bildirilib ki, “Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram heroin aşkar edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031