Avropa Parlamenti Aİ–ABŞ ticarət sazişinin ratifikasiyasını dayandırır
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın son təhdidləri fonunda Avropa İttifaqı ilə ABŞ arasında ötən yay imzalanmış ticarət sazişinin ratifikasiyasını dayandırır.
Azturkxeber.az xəbər verir ki, bu barədə AP-də aparıcı fraksiya olan Avropa Xalq Partiyasının sədri Manfred Veber ZDF telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu qərar Vaşinqtona göndərilən ilk siyasi siqnaldır və Amerika məhsullarının Aİ bazarına rüsumsuz girişini sual altına alır.
“Politico” nəşrinin məlumatına görə, Trampın açıqlamalarından sonra Avropa Parlamentində ABŞ sənaye malları ilə bağlı tarif qərarlarının da dondurulması müzakirə olunur.
Qeyd edək ki, Tramp Avropanın bir sıra ölkələrinə qarşı 10 faiz idxal tarifləri tətbiq ediləcəyini, iyun ayından etibarən isə bu rüsumların 25 faizə qədər artırılacağını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: