FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: