azturkxeber.az
http://azturkxeber.az

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

18-01-2026

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031