Çin uzunmüddətli kosmik missiyalar zamanı yüksək dəqiqliyi təmin edəcək Ay vaxtı üçün ilk proqram təminatı modelini (LTE440) hazırlayıb.
Azturkxeber.az “jalopnik.com”-a istinadən xəbər verir ki, bu, Ay vaxtının izlənməsi və onun Yer vaxtı ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.
Çinli tədqiqatçılar bildiriblər ki, LTE440 proqram təminatının dəqiqliyi o qədər yüksəkdir ki, növbəti 1000 il ərzində belə səhv payı cəmi bir neçə on nanosaniyə həddində qalacaq.
Qeyd edək ki, Ayda zaman Yerə nisbətən bir qədər daha sürətli keçir. Bunun səbəbi Ayda cazibə qüvvəsinin daha zəif olmasıdır. 24 saatlıq zaman müddəti Ayda 58 mikrosaniyə daha sürətlə keçir.
Hazırda Ayda GPS yoxdur, amma gələcəkdə dəqiq enişlər və Ay səthində naviqasiya üçün belə bir sistemə ehtiyac olacaq. Vaxtın bu cür korreksiyası həm də uzunmüddətli Ay missiyaları üçün vacibdir ki, bütün iştirakçılar aylar və illər ərzində sinxronizasiyanı itirmədən eyni vaxt sistemindən istifadə edə bilsinlər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”