Milli Qəhrəman Şamil Ramazanovun anadan olmasının 50 illiyi münasibətilə rəsm müsabiqəsi keçirilib



16 yanvar – Milli Qəhrəman Şamil Ramazanovun 50 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi
16 yanvar 2026-cı il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu Rayon Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Şamil Ramazanovun anadan olmasının 50 illiyi münasibətilə rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları da iştirak ediblər. Tədbir zamanı iştirakçıların əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, qaliblər müəyyən olunub.
Müsabiqənin yekununda Ağsu Rayon Mərkəzi Kitabxanasının əməkdaşı Rəna Bəşirovanın sədrliyi ilə komissiyanın qərarı əsasında qaliblər elan edilib. Qaliblərə təşəkkürnamələr və hədiyyələr Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun Ağsu rayonu üzrə nümayəndəsi Orxan Ağayev, Heydər Əliyev Mərkəzinin müdiri Tacızadə Reyhanə xanım və Milli Qəhrəmanın ailə üzvü tərəfindən təqdim olunub.
Eyni zamanda, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən müsabiqə qalibləri mükafatlandırılıb. Qiymətləndirmə nəticələrinə əsasən ilk üç yerin sahiblərinə hədiyyələr və təşəkkürnamələr, digər iştirakçılara isə təltifnamələr təqdim edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: