azturkxeber.az
http://azturkxeber.az

Daxili işlər naziri Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşüb

17-01-2026

Yanvarın 16-da Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, Nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə V.Eyvazov Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, bu istiqamətlərdə səmərəli nəticələrin birgə səylərlə mümkün olduğunu vurğulayıb.

Tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Sonda nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031