azturkxeber.az
http://azturkxeber.az

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

15-01-2026

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 17-də TOEFL iBT imtahanı keçirəcək.

Bu barədə DİM-dən bildirilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil olunacaq.

İştirakçılar göstərilən sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) imtahan başlamazdan ən azı bir saat əvvəl təyin olunmuş binada olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031